Bakıda təşkil ediləcək COP29 tədbirinin keçirilmə tarixi yaxınlaşdıqca, bir sıra beynəlxalq qurum və media institutlarının Azərbaycana qarşı qarayaxma kampaniyası daha da genişlənir. Bu qurumların saxta arqumentlərindən biri də guya Azərbaycanın sadəcə ənənəvi enerji mənbələrinə üstünlük verməsi ilə bağlıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov qeyd edib.
O bildirib ki, reallıqda tendensiya tamamilə fərqlidir:
“Azərbaycan regionda yaşıl enerji şəbəkəsinin genişlənməsinə töhvə verən ölkədir. Yaşıl enerjinin ümumi enerji hasilatında hazırda payı 17 faizdir və növbəti 5 ildə bu göstərici 30 faizi keçəcək. Yalnız son illər alternativ mənbələrdən enerji hasilatına 1 milyard dollardan çox sərmayə yönəlib. Xarici şirkətlərlə bu sahədə əməkdaşlıq son illər daha da dərinləşməkdədir. 2027-ci ildən etibarən Azərbaycanın yaşıl enerjisinin Avropaya ixrac edilməsi nəzərdə tutulur. Bu, yaşıl dünyanın formalaşmasına ölkəmizin töhvəsidir.
Bütün bunlarla yanaşı, Azərbaycana qarşı ikili standartlara əsaslanan qarayaxma kampaniyalarının davam edəcəyi gözləniləndir. Bu isə xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı sistemli mübarizəni daha da prioritetləşdirir”.
- Araz dəhlizi ilə bağlı müxtəlif şayiələr gəzir - Əliyev
- Biz istəyirik ki, bu, sadəcə nəqliyyat dəhlizi olmasın - Əliyev
- Saakyan Şuşa əməliyyatında iştirak etdiyini təsdiqlədi
- Azərbaycan hərbçiləri NATO-nun təlimində
- Ümid edirəm ki, bu, İranla əlaqələri gücləndirəcək - Əliyev
- Birbank Biznes regiondakı sahibkarları bir araya gətirdi
- İlham Əliyev və Pezeşkianın iştirakı ilə forum keçirilir
- Pezişkianın siyasətinin əsasını bu təşkil edir - Sangdevni