Suriyanın populyar teleaparıcısı Safaa Əhməd İsrail Müdafiə Ordusu (SAXAL) tərəfindən Dəməşq ərazisinə endirilən zərbə nəticəsində həyatını itirib.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Suriyanın Radio və Televiziya Baş İdarəsi məlumat verib.
Bildirilib ki, faciə Suriya paytaxtının cənub-qərbində baş verib. İlkin məlumatlara görə, hücumun hədəfi İran səfirliyi olub.
Hava hücumu nəticəsində həlak olanların dəqiq sayı hələ açıqlanmır, lakin zərbənin bir neçə nəfərin həyatına son qoyduğu məlumdur.
Qeyd edək ki, Dəməşqə hücum İsrailin Livandakı hərbi əməliyyatının başlanması ilə eyni vaxta təsadüf edib.
- Prezidentdən yeni başçılara: Sizdən tələbim budur, əks təqdirdə...
- Əkinə yararlı torpaqlarda məmurlar imarətlər inşa edib
- Prezident yeni səlahiyyətli nümayəndə və başçıları qəbul etdi
- Təyyarə qəzası: həlak olan hərbçilərdən 18-nin nəşi tapıldı
- Azərbaycanın bu silahı İranı qorxutdu
- AzTV-nin müxbiri təyyarənin düşdüyü ərazidə ağır xəsarət aldı
- C-130 son 4 gündə Gəncəyə neçə reys həyata keçirib?
- Şəhidin son telefon danışığı: Ata, qayıdırıq, tarlanı əkmisən?