Azərbaycan çox yaxşı diplomatlar yetişdirib və çox aydın strategiya həyata keçirir.
BUTA.TV xəbər verir ki, bunu Qərbi Avropanın patriarxal nümayəndəsi, Vatikandakı bütün ermənilərin katolikosunun nümayəndəsi, arxiyepiskop Xajak Parsamyan deyib.
“Ermənistan güclənmə strategiyası yaratmalıdır. Bu 25 il ərzində azərbaycanlılar çox yaxşı diplomatlar yetişdirib, onların çox aydın strategiyası var və onu həyata keçirirlər. Ona görə də etiraf etmək lazımdır ki, bu gün Azərbaycan 30 il əvvəlki kimi deyil. Biz isə güclənmək üçün birlik formasını tapmalıyıq”, - o bildirib.
Parsamyan qeyd edib ki, Ermənistan üçün azad bazarın olması çox vacibdir:
“Azad bazarlar iqtisadiyyatı güclü edir və ölkənin iqtisadiyyatı güclü olanda digər problemlərin həlli üçün daha çox imkanlar yaranır. Hesab edirəm ki, Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir”.
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
- ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys
- Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...
- Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video