Ermənistan hökuməti ölkə ərazisindən insanların, nəqliyyat vasitələrinin və malların sərbəst, təhlükəsiz hərəkətinə tam zəmanət verir.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında deyib.
O, İrəvanın üçüncü qüvvələrin dəhlizə nəzarətinə icazə verməyə razı olmadığını bildirib:
“Ermənistanın haradasa, hansısa sənəddə öz ərazisinin infrastrukturunun təhlükəsizliyini üçüncü dövlətlərin təmin etməsinə razılıq verdiyinə dair iddialar reallığın təhrifidir. Bunlar həqiqəti əks etdirmir. Ermənistan ərazisindən təhlükəsiz daşınmaya özü zəmanət verir”.
- FHN-dən çimərliklərə gedənlərə müraciət!
- Yeni Dehlidən İrəvana “Pralay” kartı - Kim hədəfdədir?
- Dəmir yolunun 100 illiyinə həsr olunan - Fotoalbom
- Suraxanıda su xəttindəki qəza aradan qaldırıldı
- Bakı-Naxçıvan aviareysləri təxirə salındı
- Güclü külək əsəcək – Xəbərdarlıq
- Rusiya səfiri XİN-ə çağırıldı - Nota verildi
- Azərbaycanda ilk: Muzeydə “arı havası” terapiyası - Video