Bakının 29 küçəsində xüsusi hərəkət zolağı təşkil edildi

17:20 - 1 Oktyabr 2024 - GÜNDƏM

 Bakının 29 küçəsində xüsusi hərəkət zolağı təşkil edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının 29 küçə və prospektində uzunluğu 85 km-dən çox olan xüsusi hərəkət zolağı təşkil edib.

BUTA.TV xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Məlumata görə, avtobuslar üçün yeni zolaq şəbəkəsi mobilliyin transformasiyası proqramı çərçivəsində tətbiqi olunur. Bu zolaqlardan gün ərzində 70 000 dəfəyə qədər avtobus hərəkət edir, 900 minə yaxın sərnişinin rahat və maneəsiz daşınır. Avtobus üstünlüyünün təmin edilməsi daha çox sərnişinin daşınmasına imkan yaradır. Növbəti mərhələdə davamlılığın təmin edilməsi, yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə 100 km-dən çox avtobus zolağının təşkili nəzərdə tutulub. Avtobus zolaqları müntəzəmliyi, intervalların qorunmasını, ictimai nəqliyyatın cəlbediciliyinin və ona inamın artmasını təmin edir. Əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün hazırlanan yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq edilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol