Heç bir komanda yoldaşımla aramda mübahisə olmayıb.
BUTA.TV xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Hannover”lə matçdan öncə iki komanda yoldaşı ilə mübahisə etməsi barədə Almaniya mətbuatında yer alan xəbərlərə münasibət bildirərkən deyib.
O bildirib ki, Almaniya mətbuatında tez-tez dezinformasiyalara rast gəlmək mümkündür:
“Bunu təkcə mən yox, yerli əhali də deyir. Onların sözlərinə görə, alman mətbuatında yayılan xəbərlərin yalnız 20-30 faizi doğru olur. Heç bir komanda yoldaşımla aramda mübahisə olmayıb. Yəqin, kiçik bir məsələni böyüdərək sensasiya yaratmaq istəyiblər. Futbol oynayanda istər-istəməz emosiyalar olur. Çünki burada qalib gəlmək də, uduzmaq da var. Məğlubiyyət olanda kimsə əsəbləşə, bir-birinə sataşa bilər. Lakin bu, ancaq meydan daxilində baş verir. Heç bir söhbəti meydandan kənara daşımırıq. Bütün komandalarda belə olur. Nə olursa olsun dava yolverilməzdir. Həmçinin mən kluba yeni gəlmişəm. Hazırda kollektivə uyğunlaşmağa çalışıram. Azərbaycan mətbuatı da doğru olmayan məlumatları yaymadan öncə aydınlaşdırmaq, xoş xəbərlər yazmağa diqqət yetirmək lazımdır. Çünki saxta xəbərlərin yayılması həm idmançıya, həm də komandaya ziyan verir. Biz dezinformasiyalara çox da fikir vermirik. Düşünürəm ki, bunlar o qədər də önəmli məsələlər deyil”.
Qeyd edək ki, “Nürnberq” 7 turdan sonra 7 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir