Dünyada koronavirusun XEC adı verilən yeni növü yayılır. Variant ilk dəfə bu ilin iyununda Almaniyada aşkar edilib və o vaxtdan Böyük Britaniya, ABŞ, Danimarka və bir sıra digər ölkələrdə qeydə alınıb.
BUTA.TV "Xəzər xəbər"ə istinadla xəbər verir ki, alimlər bu variantın yaxın gələcəkdə koronavirusun əsas növünə çevrilə biləcəyini iddia edirlər. Artıq qonşu Rusiyada da bu virusa yoluxma aşkarlanıb.
COVID-in yeni variantı xəstələrdə yüksək hərarət, bədən ağrıları, yorğunluq, öskürək və ya boğaz ağrısı ilə müşahidə olunur. Həkim infeksionist Vasif Əliyevin sözlərinə görə, şübhələr varsa, bu növün aşkarlanması üçün COVID-də olduğu kimi PCR testdən istiafədə edilir. Yeni növün müalicəsi COVID-ə qarşı aparılan müalicələrlə eynidir.
Mütəxəssislər bildiriblər ki, COVID-19-a qarşı istehsal edilmiş vaksinlər XEC-lə mübarizədə də effektivdir.
- Bakı-Naxçıvan aviareysləri təxirə salındı
- Güclü külək əsəcək – Xəbərdarlıq
- Rusiya səfiri XİN-ə çağırıldı - Nota verildi
- Azərbaycanda ilk: Muzeydə “arı havası” terapiyası - Video
- Bu marşrutda interval 30 dəqiqəyə qalxdı
- Sabiq rəis cərimələnsə də - İşçisi həbs olundu
- Prezident sərəncam imzaladı
- Səbuhi Rəcəbin cəzası artırıldı - Dünya çempionu azadlıqda qaldı