"Qarabağ"ın braziliyalı müdafiəçisi Mateus Silva 3 oyunda meydana çıxa bilməyəcək.
BUTA.TV xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveçin "Malmö" klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan öncə baş tutan mətbuat konfransında bildirib.
O, futbolçunun zədədən əziyyət çəkdiyini söyləyib:
"Mateus Silvanın zədəsi var. Yəqin ki, 3 oyunda meydana çıxmayacaq. Yankoviçin durumu isə hələlik tam bilinmir. İnanırıq ki, yaxın vaxtda onun xidmətindən yararlana biləcəyik".
Qeyd edək ki, “Qarabağ”-“Malmö” görüşü oktyabrın 3-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
- Güclü külək əsəcək – Xəbərdarlıq
- Rusiya səfiri XİN-ə çağırıldı - Nota verildi
- Azərbaycanda ilk: Muzeydə “arı havası” terapiyası - Video
- Bu marşrutda interval 30 dəqiqəyə qalxdı
- Sabiq rəis cərimələnsə də - İşçisi həbs olundu
- Prezident sərəncam imzaladı
- Səbuhi Rəcəbin cəzası artırıldı - Dünya çempionu azadlıqda qaldı
- Səbuhi Rəcəbə hökm oxundu