UEFA Avropa Liqasının yeni formatına tam öyrəşə bilməmişik.
BUTA.TV xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveçin "Malmö" klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan öncə baş tutan mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis əvvəlki formatın onlara daha uyğun gəldiyini söyləyib:
"Düzünü desəm, yeni formata hələ uyğunlaşmamışıq. Bizim kimi futbol ölkələrinə az komandanın yer aldığı qrupda olmaq sərf edir. Çünki biri var 3-4 komandanı təhlil edəsən, biri də var 36 komandanın oyunlarını yaxından izləyəsən. Lakin istənilən halda bu bizə problem yaratmamalıdır. Çünki futbolun dili birdir".
Qeyd edək ki, “Qarabağ”-“Malmö” görüşü oktyabrın 3-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
- Güclü külək əsəcək – Xəbərdarlıq
- Rusiya səfiri XİN-ə çağırıldı - Nota verildi
- Azərbaycanda ilk: Muzeydə “arı havası” terapiyası - Video
- Bu marşrutda interval 30 dəqiqəyə qalxdı
- Sabiq rəis cərimələnsə də - İşçisi həbs olundu
- Prezident sərəncam imzaladı
- Səbuhi Rəcəbin cəzası artırıldı - Dünya çempionu azadlıqda qaldı
- Səbuhi Rəcəbə hökm oxundu