İrəvan KTMT-dən çıxmaq qərarı ilə bağlı bütün riskləri hesablayır.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşavada təhlükəsizlik məsələləri üzrə beynəlxalq forumda aparıcının KTMT-dən çıxma ehtimalı ilə bağlı sualını cavablandırarkən deyib.
“Düşünürəm ki, hamımız daha diqqətli olmalıyıq. Heç kimə sirr deyil ki, sabitlik prioritet olmalıdır və baş verə biləcək proses yaxşı hesablanıb idarə olunmalıdır, risklərin idarə edilməsini nəzərdə tuturam. Bu, asan sual deyil”, - o bildirib.
Mirzoyan xatırladıb ki, Ermənistan KTMT-dəki üzvlüyünü dondurub və əvvəlki münasibətlərə qayıtmaq niyyətində deyil:
“Biz özümüzü işə yaramayan hərbi ittifaqda görmürük”.
- Güclü külək əsəcək – Xəbərdarlıq
- Rusiya səfiri XİN-ə çağırıldı - Nota verildi
- Azərbaycanda ilk: Muzeydə “arı havası” terapiyası - Video
- Bu marşrutda interval 30 dəqiqəyə qalxdı
- Sabiq rəis cərimələnsə də - İşçisi həbs olundu
- Prezident sərəncam imzaladı
- Səbuhi Rəcəbin cəzası artırıldı - Dünya çempionu azadlıqda qaldı
- Səbuhi Rəcəbə hökm oxundu