Bərdədə yaşayış evinə ildırım düşüb.
BUTA.TV APA-ya istinadən xəbər veir ki, hadisə rayonun Darğalar kəndində qeydə alınıb. İldırım Tacəddin Vəliyevə məxsus beş otaqlı evə ciddi ziyan vurub.
Ev sahibi bildirib ki, səhər güclü partlayış səsinə oyanıblar. İldırım nəticəsində evin mətbəxi dağılıb, evdəki bütün elektron cihazlar sıradan çıxıb.
Müvafiq qurumlar tərəfindən evə baxış keçirilib, dəymiş ziyan qeydə alınıb.
Yerli sakinlər ildırım düşməsi nəticəsində kənddə bir sıra evlərdə elektron cihazlara ziyan dəydiyini bildiriblər.
- Güclü külək əsəcək – Xəbərdarlıq
- Rusiya səfiri XİN-ə çağırıldı - Nota verildi
- Azərbaycanda ilk: Muzeydə “arı havası” terapiyası - Video
- Bu marşrutda interval 30 dəqiqəyə qalxdı
- Sabiq rəis cərimələnsə də - İşçisi həbs olundu
- Prezident sərəncam imzaladı
- Səbuhi Rəcəbin cəzası artırıldı - Dünya çempionu azadlıqda qaldı
- Səbuhi Rəcəbə hökm oxundu