ABB konsolidə edilmiş maliyyə hesabatlarını açıqladı

15:24 - 2 Oktyabr 2024 - GÜNDƏM

 ABB konsolidə edilmiş maliyyə hesabatlarını açıqladı

ABB Maliyyə Qrupu 30 iyun 2024-cü il tarixinə cari ilin birinci yarımili üzrə konsolidə edilmiş maliyyə hesabatlarını açıqlayıb.

Hesabatda ABB-nin, Bankın törəmə şirkətləri olan “ABB-Moskva”-nın, “ABB-GEO” QSC-nin, Azərikard prosessinq mərkəzinin, “Beynəlxalq Lizinq Şirkəti”nin və “ABB-İnvest” İnvestisiya Şirkətinin 6 aylıq fəaliyyət nəticələri öz əksini tapıb.

Qrupun xalis mənfəəti 2024-cü ilin ilk 6 ayında (yanvar-iyun) ötən ilin eyni dövrü ilə müqayisədə 33 milyon 597 manat və ya 20,6% artaraq 196 milyon 801 min manata çatıb. Bank bu müddət üzrə 50 milyon 315 min manat mənfəət vergisi xərci hesablayıb. ABB Qrupunun 6 aylıq maliyyə hesabatlarını qlobal audit, konsaltinq, vergi və əməliyyat xidmətləri şirkəti olan EY şirkəti təhlil edib.

Xatırladaq ki, cari ilin 11 iyun – 24 sentyabr tarixləri arasında həyata keçirilən səhm emissiyası nəticəsində ABB-nin səhmdarlarının sayı 35 105 nəfərə qədər artıb. Bankda özəl səhmdar payı 7,8%-ə yüksəlib.

Bu xəbər hal-hazırda çox oxunur
COP29-un bağlanış plenar iclası keçirilir

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol