Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ötən il və bu ilin 9 ayı ərzində 259 əməkdaşı məsuliyyətə cəlb edilib.
BUTA.TV xəbər verir ki, bu barədə BUTA.TV-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.
Belə ki, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq ötən il 78, 2024-cü ilin 9 ayı ərzində isə 181 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb.
2023-cü ildə 15 fakt üzrə 22, cari ilin müvafiq dövründə isə 36 fakt üzrə 70 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğuna göndərilib.
- Güclü külək əsəcək – Xəbərdarlıq
- Rusiya səfiri XİN-ə çağırıldı - Nota verildi
- Azərbaycanda ilk: Muzeydə “arı havası” terapiyası - Video
- Bu marşrutda interval 30 dəqiqəyə qalxdı
- Sabiq rəis cərimələnsə də - İşçisi həbs olundu
- Prezident sərəncam imzaladı
- Səbuhi Rəcəbin cəzası artırıldı - Dünya çempionu azadlıqda qaldı
- Səbuhi Rəcəbə hökm oxundu