Rusiya ordusu Donetsk vilayətinin Uqledar şəhərini tamamilə ələ keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Xotritsa” operativ-strateji qoşun qruplaşması məlumat yayıb.
“Ukrayna Silahlı Qüvvələrinin bölmələri şəxsi heyəti və hərbi texnikanı qorumaq üçün şəhərin mühasirəyə alınması təhlükəsi ilə əlaqədar Donetsk vilayətinin Uqledar şəhərindən çıxarılıb”, - məlumatda bildirilib.
Qeyd edək ki, bu gün Rusiya hərbi müxbirləri Uqledarın tamamilə ələ keçirildiyini bildirsələr də, həm Ukrayna, həm də Rusiya hərbi komandanlığı rəsmi məlumat yaymamışdı.
Xatırladaq ki, Rusiya Uqledar şəhərini 25 ay davam edən hücumlardan sonra tuta bildi.
- Güclü külək əsəcək – Xəbərdarlıq
- Rusiya səfiri XİN-ə çağırıldı - Nota verildi
- Azərbaycanda ilk: Muzeydə “arı havası” terapiyası - Video
- Bu marşrutda interval 30 dəqiqəyə qalxdı
- Sabiq rəis cərimələnsə də - İşçisi həbs olundu
- Prezident sərəncam imzaladı
- Səbuhi Rəcəbin cəzası artırıldı - Dünya çempionu azadlıqda qaldı
- Səbuhi Rəcəbə hökm oxundu