İran İsrail hərbi aerodromlarının və hətta MOSSAD qərargahının müvəffəqiyyətlə vurduğunu, İsrail isə İran raketlərinin uğurla dəf edildiyini və heç bir real zərər görmədiyini iddia edir. Eyni zamanda, hamı İranın irimiqyaslı raket buraxılışını, hətta döyüş başlıqlarının İsrail ərazisinə çatdıqda necə partladığını əks etdirən videoya baxıb.
BUTA.TV xəbər verir ki, bu fikirləri rusiyalı politoloq İqor Korotçenko deyib.
Korotçenkonun fikrincə, hər iki tərəfin iddialarının doğruluğunu təsdiq edən videofaktın əskikliyi bəzi suallara yol açır:
“Nə çaşdırır? Təsirə məruz qalan İsrail obyektlərinin video və fotoşəkillərinin olmaması. Bizim əsrdə hər kəsin cibində smartfon var və hər şey qeydə alınır. Tutaq ki, İsraildə hərbi senzura və şüurlu əhali var, zərbələr və dağıntılar olsa da internetdə yerləşdirmirlər. Bəs kommersiya kosmik peykləri? Onlar yəqin ki, İranın zərbələrinin nəticələrini qeyd edərdilər. Amma belə şəkillər də yoxdur. Daha doğrusu, hələlik yoxdur. Bütün bunlar qəribədir. Çox qəribə. Start var idi. Döyüş başlıqları bir yerə dəydi (heç olmasa bəziləri). Sonra yalnız sözlər idi - İran: Biz varıq! İsrail: hər şey vuruldu, zərər yoxdur!
P.S. Səhər saatlarında ÇAXAL yenidən Livanın cənubuna zərbələr endirməyə başlayıb. Bunu təsdiqləyən həm videolar, həm də fotolar var”.
- Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov
- Kreml indi də Qod Nisanovu hədəf alıb – ANONS verildi
- Klinika direktoru arvadını buna görə güllələyib - Təfərrüat
- Əliyevlə Bediməhəmmədov Yuxarı Gövhər Ağa məscidində - Foto
- Mironovdan Azərbaycan bayrağı ilə bağlı açıqlama
- Berdiməhəmmədov Füzuliyə getdi, Əliyev qarşıladı - Foto
- Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - Foto
- Azərbaycan XİN İraqa başsağlığı verdi