Sabah Avropa Liqasındakı ən güclü klublardan biri ilə qarşılaşacağıq.
BUTA.TV xəbər verir ki, bunu İsveçin "Malmö" klubunun baş məşqçisi Henrik Ryudström "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan öncə baş tutan mətbuat konfransında deyib.
"Qarabağ"ı analiz etmişik. Güclü komandadır. Hətta, mən deyərdim ki, sabah Avropa Liqasındakı ən güclü klublardan biri ilə qarşılaşacağıq. Doğma meydanda rəqibləri ilə daha yaxşı oyun sərgiləyirlər. Topa çox yaxşı sahib olma bacarıqları var. Sabahkı oyunun çətin olacağını bilirik. Lakin Bakıya qələbə ardınca gəlmişik", - Ryudström deyib.
Qeyd edək ki, “Qarabağ” – “Malmö” görüşü oktyabrın 3-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
- Prezident sərəncam imzaladı
- Səbuhi Rəcəbin cəzası artırıldı - Dünya çempionu azadlıqda qaldı
- Səbuhi Rəcəbə hökm oxundu
- Sürətlə azalırıq – Rəsmi statistikalar şok edir
- Müəllim olmaq istəyənlərin nəzərinə!
- Saxta onlayn mağazalarla bağlı dələduzluq halları artır
- 5800-dək şəxs işlə təmin edildi
- 67 yaşlı şəxsin pensiyası altı ildir niyə kəsilib? - Rəsmi cavab