Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində fəaliyyətini dondurmasından təəssüflənirik.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
“Biz Ermənistanın KTMT çərçivəsində fəaliyyətini dondurmasını davam etdirməsindən və ya boykot etməsindən təəssüflənirik. Hesab edirik ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) iqtisadi sahədə olduğu kimi, KTMT də təhlükəsizlik sahəsində faydalıdır", - M.Zaxarova bildirib.
Qeyd edək ki, daha öncə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, ölkəsi KTMT-dəki üzvlüyünü dondurub və əvvəlki münasibətlərə qayıtmaq niyyətində deyil.
- Prezident sərəncam imzaladı
- Səbuhi Rəcəbin cəzası artırıldı - Dünya çempionu azadlıqda qaldı
- Səbuhi Rəcəbə hökm oxundu
- Sürətlə azalırıq – Rəsmi statistikalar şok edir
- Müəllim olmaq istəyənlərin nəzərinə!
- Saxta onlayn mağazalarla bağlı dələduzluq halları artır
- 5800-dək şəxs işlə təmin edildi
- 67 yaşlı şəxsin pensiyası altı ildir niyə kəsilib? - Rəsmi cavab