Qaçqınlar və müvəqqəti köçkünlər mövzusu, çox yaxşı bildiyiniz kimi, hər iki tərəf üçün aktualdır. Və bunu nəzərə alaraq, hesab edirik ki, həm Bakı, həm də İrəvan üçün humanitar məsələlərin bütün spektri, o cümlədən mədəni, tarixi, dini irs abidələrinin qorunub saxlanması, qarşılıqlı əsasda vətəndaşlar üçün qəbiristanlıqlar və hərbi əməliyyatlar zamanı itkin düşmüş şəxslərin axtarışı məqsədilə təhlükəsizlik təminatı və sərbəst girişin təmin edilməsi ilə bağlı dialoqun fəallaşdırılması faydalı olardı. Əgər Rusiyanı buna cəlb etmək zərurəti yaranarsa, o zaman Rusiya tərəfi buna hazırdır
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova erməni jurnalistin Qərbi Azərbaycan mövzusu rəsmi Bakının son vaxtlar ciddi şəkildə aktuallaşdırması ilə bağlı sualına cavab olaraq bildirib.
O bildirib ki, biz müntəzəm olaraq rəsmi Bakıya və İrəvana səslənirik ki, tərəflər bir-birinin ərazi bütövlüyünə hörmətsizlik, dövlətə təhdid, mübahisəli məsələlərin həlli üçün güc ssenari kimi qəbul edilə biləcək ritorikadan çəkinsinlər.
- Prezident sərəncam imzaladı
- Səbuhi Rəcəbin cəzası artırıldı - Dünya çempionu azadlıqda qaldı
- Səbuhi Rəcəbə hökm oxundu
- Sürətlə azalırıq – Rəsmi statistikalar şok edir
- Müəllim olmaq istəyənlərin nəzərinə!
- Saxta onlayn mağazalarla bağlı dələduzluq halları artır
- 5800-dək şəxs işlə təmin edildi
- 67 yaşlı şəxsin pensiyası altı ildir niyə kəsilib? - Rəsmi cavab