Öz ailəsinin qatili kimi ittiham olunan Əhməd Əhmədovun məhkəmə araşdırması üç ay sonra qaldığı yerdən davam edir.
“BUTA.TV”nun məlumatına görə, ətrafdakılar üçün təhlükəli hesab olunan Əhməd saxlanıldığı xüsusi xəstəxanadan polis müşayiəti ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib. Məlumat üçün bildirək ki, hakim prosesin qapalı keçirilməsi ilə bağlı qərar qəbul edib və jurnalistlər zala buraxılmayıb.
Qısa olaraq xatırlatma edək ki, əvvəlki baxış iclasında prokurorluğun göndərdiyi qərar elan edilmişdi. Qərarda yazılıb ki, təqsirləndirilən şəxsin hadisəni anlaqsız vəziyyətdə törətməsi həkim rəyləri ilə öz təsdiqini tapıb. Bu səbəbdən onun cəzadan azad edilərək ixtisaslaşmış müalicə müəssisəsinə köçürülməsi tövsiyə edilir.
Əhməd özü də anlaqsız vəziyyətdə cinayət törətdiyini boynuna alıb, əlavə ifadə vermək istəməyib.
Bugünkü iclasda sədrlik edən hakim Səbinə Məmmədzadə təqsirləndirilən şəxsin həbsindən bir neçə gün sonra müstəntiqə verdiyi ifadəsini elan edib.
Əhməd həmin ifadəsində etiraf edib ki, mütəmadi olaraq ailəsinə problemlər yaratdığı üçün illər əvvəl ona əlavə ev alıblar. O, həmin evdə tənha yaşadığı üçün atası, anası, bacısı və qardaşı ilə normal münasibəti olmayıb. Məhz ona diqqət göstərmədiklərinə görə, ailəsinə qarşı nifrəti yaranıb. Bundan əlavə o iddia edib ki, sanki içindən gələn səslərdə ona “ailəni öldürməlisən” deyilirmiş. Müstəntiqin “yaxşı, bəs, azyaşlı qardaşını və bacının qızını niyə öldürdün”, - sualına isə Əhməd “böyüyüb valideynlərinə oxşayacaqlarını düşündüyüm üçün…”, - cavabını verib.
O, cinayətin yeganə şahidinin qonşuluqda yaşayan adını bilmədiyi qadın olduğunu deyib. Həmin qadının Əhmədin anasını və qardaşını öldürərkən ona mane olmaq istəməsi, lakin qarşısındakı mənzərədən qorxduğu üçün polis çağırmaqdan başqa nə isə edə bilmədiyi barədə əvvəlki yazımızda məlumat vermişdik.
Ümumilikdə təqsirləndirilən şəxsin indi elan olunan ifadəsində dediklərini ibtidai istintaq bitən kimi saytımızda dərc etmişdik. Bu səbəbdən bütövlükdə təkrar təqdim etmirik.
***
Prosesdə iştirak edən Əhmədin vəkili Sənan Hüseynov deyib ki, müvəkkili istintaq dövründə dediklərini təsdiq edib. Əlavə nə isə demək istəməyib. Hakim müttəhimin anlaqsız olduğunu nəzərə alaraq istəyini qəbul edib. Proses oktyabrın 10-u hüquqi varislərin ifadəsi ilə davam edəcək.
Qeyd edək ki, bu hadisə ilin ən dəhşətli cinayəti kimi yaddaşlara həkk olunub. 25 yaşlı Əhməd valideynlərini, 9 yaşlı qardaşını, bacısını və onun azyaşlı qızını xüsusi amansızlıqla öldürməkdə ittiham olunur. Ekspert rəyi ilə anlaqlı olduğu təsdiq edilsəydi, cəzası ömürlük həbs olmalı idi
- Rusiyadan qaz idxal etməmişik. Nöqtə! - Hacıyev
- Fransadan Netanyahunun həbs qərarına – Şok cavab
- Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
- Valentina Matviyenko Azərbaycana gələcək
- Berbok Bakıda: Təfərrüatı barədə heç nə deyə bilməyəcəm!
- Azərbaycan XİN Pakistana başsağlığı verdi
- Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!
- Boşananlara bəd xəbər: aliment artırılır