Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovun məhkəməsi başa çatıb.
“BUTA.TV”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda qərar elan olunub. Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə tərkibi 25 yaşlı Əhmədin cinayəti anlaqsız vəziyyətdə törətməsi ilə bağlı ekspert rəyini əsaslı hesab edib.
Prokuror da Əhmədin anlaqsız olduğuna görə cəzadan azad edilməsini, ixtisaslaşmış xəstəxanada məcburi müalicəsini tələb edib.
Əhməd son sözündə heç nə deməyib. Deyəcək sözünün olmadığını bildirib.
Yekun qərarla, Əhməd cəzadan azad edilib. Onun barəsində Maştağa qəsəbəsində yerləşən ixtisaslaşmış psixatriya xəstəxanasında məcburi müalicə tətbiq ediləcək.
Öldürülən şəxslərin hüquqi varisləri də Əhmədin məcburi müalicəsinə etiraz etməyiblər.
Nədir anlaqsızlıq?
Anlaqsızlıq psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olmamaqdır. Qanun anlaqsız vəziyyətdə cinayət törədən şəxslərin cəzalandırılmasına icazə vermir. Amma həmin şəxs birbaşa sərbəst buraxılmır, məhkəmə qərarı ilə məcburi müalicəyə cəlb edilir.
Xatırladaq ki, bu hadisə ilin ən dəhşətli cinayəti kimi yadda qalıb. Əhməd valideynlərini, 9 yaşlı qardaşını, bacısını və onun azyaşlı qızını xüsusi amansızlıqla öldürməkdə ittiham olunur.
Keçirilmiş ekpert rəyləri ilə onun cinayəti anlaqsız vəziyyətdə törətdiyi təsdiq olunub. Əks halda cəzası ömürlük həbs idi.
Sail Ağasəlim
- Soydaşımızı Ermənistanda döydülər - Video
- Putinin rezonans doğuran müraciəti: Bu sözü demədi!
- 3 böyük güc Rusiyaya qarşı – Putin 2 ay dözmək üçün…
- Rusiyadan qaz idxal etməmişik. Nöqtə! - Hacıyev
- Fransadan Netanyahunun həbs qərarına – Şok cavab
- Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
- Valentina Matviyenko Azərbaycana gələcək
- Berbok Bakıda: Təfərrüatı barədə heç nə deyə bilməyəcəm!