Azərbaycan Haaqa Daimi Arbitaj Məhkəməsinə Ermənistana qarşı 2 dövlətlərarası arbitaj iddiası təqdim edib.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, bu barədə beynəlxalq arbitaj üzrə erməni ekspert Sərkis Qriqoryan deyib.
Onun sözlərinə görə, Azərbaycanın təqdim etdiyi işlər çərçivəsində artıq arbitaj məhkəmələri təyin edilib.
“Artıq iki iş üzrə ilk məhkəmə iclası keçirilib. Hazırda sübutlar, şahid ifadələri, ekspert rəyləri və s. daxil olmaqla hər iki iş üzrə proses davam etdirilir”, - o deyib. Əlavə edib ki, iddiaların məxfiliyi hələ açılmayıb.
Ermənistan və Azərbaycan tərəfi də məsələ ilə bağlı açıqlama verməyib.
- Güclü külək əsəcək – Xəbərdarlıq
- Rusiya səfiri XİN-ə çağırıldı - Nota verildi
- Azərbaycanda ilk: Muzeydə “arı havası” terapiyası - Video
- Bu marşrutda interval 30 dəqiqəyə qalxdı
- Sabiq rəis cərimələnsə də - İşçisi həbs olundu
- Prezident sərəncam imzaladı
- Səbuhi Rəcəbin cəzası artırıldı - Dünya çempionu azadlıqda qaldı
- Səbuhi Rəcəbə hökm oxundu