İsrail nəşri Zəngəzuru Azərbaycan ərazisi kimi tanıdı

17:06 - 10 Oktyabr 2024 - GÜNDƏM

 İsrail nəşri Zəngəzuru Azərbaycan ərazisi kimi tanıdı

Zəngəzur nəqliyyat dəhlizi təşəbbüsü beynəlxalq oyunçular, o cümlədən İsrail üçün geniş təsirləri olan Cənubi Qafqazın geosiyasi dinamikasının kritik elementinə çevrilib. Təklif olunan dəhliz Qərbə qarşı mübarizədə müttəfiq olan Rusiya və İran arasında mühüm ayrılma nöqtəsidir.

BUTA.TV xəbər verir ki, bu barədə "Jewish News Syndicate” nəşrində dərc olunan məqalədə bildirilib.

“Zəngəzur marşrutu Azərbaycanı Ermənistan ərazisindən keçməklə Azərbaycanın anklavı olan Naxçıvanla birləşdirəcək. 1868-ci ildə Rusiya imperiyasının yaratdığı əyalət olan bu əraziyə Ermənistanın da, Azərbaycanın da iddiası var. 1919-cu ilin yanvarında o vaxt Azərbaycan üzərində mandata malik olan Britaniya Zəngəzur dəhlizi üzərində Azərbaycanın yurisdiksiyasını təsdiqləyib. Lakin 1920-ci ildə Sovet hakimiyyəti bölgəni nəzarətə götürdü və Azərbaycanla onun Naxçıvan eksklavı arasında quru əlaqəsini kəsərək ərazini yenidən Ermənistan Sovet Respublikasına verdi”, - məqalədə bildirilib.

Qeyd edək ki, 1920-ci ilin yanvarın 11-də Paris sülh konfransında müstəqilliyimiz tanınarkən qəbul edilən xəritədə Zəngəzur və Göyçə Azərbaycan ərazisi kimi təsdiqlənib. Həmin xəritə hazırda Parisdə saxlanılır.

Bu xəbər hal-hazırda çox oxunur
Prezidentdən qərar: Bu agentlik ləğv olunur

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol