Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının 29-cu İqlim Dəyişmələri Konfransına (COP29) sədrliyi çərçivəsində Beynəlxalq Sülh Günü kimi qeyd olunan 21 sentyabr tarixində elan etdiyi “Birgə Atəşkəs Çağırışı” Qoşulmama Hərəkatının bütün üzv dövlətləri tərəfindən dəstəklənib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Beləliklə, təşəbbüsə indiyə qədər 127 ölkə qoşulub.
Bu təşəbbüs münaqişə və iqlim dəyişməsi arasındakı əlaqənin və ən həssas qrupları qorumaq üçün kollektiv həll yollarının tapılmasının vacibliyini vurğulamaq, eləcə də xalqlar arasında sülhə gətirib çıxara biləcək müsbət impulsu və əməkdaşlığı təşviq etmək məqsədi daşıyır.
Çağırışda bütün tərəflərdən COP29 sessiyasının keçirildiyi noyabr ayı ərzində atəşkəsə riayət etmək xahiş olunur və COP29-un fundamental mesajı xüsusunda bəşəriyyətimizin siyasi problemlərin öhdəsindən gələ və həmrəy ola biləcəyinə inam ifadə edilir.
Birgə Atəşkəs Çağırışı dövlətlərlə yanaşı, mindən artıq beynəlxalq təsisat, özəl sektor təmsilçiləri, vətəndaş cəmiyyəti qurumları və nüfuzlu ictimai xadimlər tərəfindən dəstəklənir.
Təşəbbüsün tam mətni ilə aşağıdakı internet səhifəsində tanış olmaq mümkündür:
https://cop29.az/az/news/cop29-presidency-officially-launches-joint-solemn-appeal-for-a-cop29-truce
- Sahibə Qafarova Roma Papasının dəfn mərasimində - Foto
- İrandan Pezeşkianın Bakı səfəri barədə yeni açıqlama
- Sülh müqaviləsi mayın 9-da imzalanacaq? – Nikoldan reaksiya
- Xankəndi Gənclər Paktı imzalanacaq
- Rusiya Kursk vilayətini tam nəzarətə götürdü
- Zelenski və Tramp 15 dəqiqə danışıb, razılığa gəldilər
- 150 milyon çinli turistin cəmi 1%-i Azərbaycana gəlsə... - Prezident
- Universitet təsdiqlədi: Gülsüm Əliyeva adlı tələbəmiz olmayıb - Video