Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb.
Bu barədə BUTA.TV-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar David Manukyan və digərlərinin barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsinin vəsatətlərinə və Azərbaycan Respublikasının Baş prokurorunun təqdimatlarına Binəqədi rayon məhkəməsində baxılıb.
İstintaqı Baş Prokurorluğun rəhbərlik etdiyi, Hərbi prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və digər istintaq qurumlarının peşəkar əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən aparılan cinayət işi üzrə separatçı rejimin ümumilikdə 14 nəfər üzvü Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məsuliyyətə cəlb olunub.
Məhkəmənin qərarına əsasən, qeyd olunan şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
- Zaqatalada qətl: həmkəndlisini öldürdü
- Bakıda “Mersedes”lə BYD toqquşdu – Anbaan video
- “İş kabinetlərimdə heç bir heykəl yoxdur, təkcə bu var” - Foto
- 8 gün əvvəl 3 yaşlı oğlu öldü, bu gün özü...
- İlham Əliyev Qurbanova "Dostluq" ordenini təqdim etdi
- Tirana ilə Bakı arasında birbaşa aviareysin açılması gözlənilir
- Aylardır maaş üzünə həsrət qalıblar - Video
- Azərbaycanda yumurta 1 qəpiyədək - Ucuzlaşdı