Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərinə karbon emissiyalarının kompensasiyası proqramında iştirak edərək səyahətlərini ekoloji cəhətdən daha məsuliyyətli etmək imkanı təqdim edir.
BUTA.TV xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu könüllü təşəbbüs iqlim dəyişikliyi ilə mübarizəyə və aviasiyanın ətraf mühitə təsirini azaltmağa yönəlib.
Proqram çərçivəsində AZAL karbon emissiyalarının kompensasiyası sahəsində tanınmış lider şirkətlərdən biri olan “CarbonClick” ilə əməkdaşlıq edir.
Bu proqram vasitəsilə AZAL-ın hər bir sərnişini ekoloji layihələrə dəstək verməklə öz uçuşlarının ətraf mühitə təsirini azalda bilər. Kompensasiya prosesini aviabilet alarkən və ya alındıqdan sonra həyata keçirmək mümkündür.
Sərnişinlər bu linkə keçid edərək öz uçuşlarının karbon izini hesablaya və təşəbbüsdə iştirak edə bilərlər: https://azerbaijanairlines.carbon.click/.
İqlim dəyişikliyinin ciddiliyini nəzərə alaraq aviasiya sahəsi bu problemin həllinə töhfə vermək üçün addımlar atır. Karbon emissiyalarının kompensasiyası proqramı çərçivəsində AZAL-ın sərnişinləri “Gold Standard” və VCS kimi beynəlxalq təşkilatlar tərəfindən sertifikatlaşdırılmış layihələri dəstəkləyirlər. Bu layihələr karbon emissiyalarını azaltmağa və təmiz enerji mənbələrinin istifadəsini artırmağa kömək edir.
AZAL aviadaşımalar zamanı CO2 emissiyalarını azaltmaq məqsədilə ekoloji təşəbbüslərini daha da genişləndirməyi planlaşdırır.
- Bu gün Azərbaycanda Konstitusiya Günüdür
- Qəzaya düşən təyyarə heyəti ilə bağlı acı xəbər
- Paraddan sonra təyyarənin qəzaya uğraması...
- Xilas edilənlərlə bağlı xəbəri gözləyirik - TDT
- Türkiyə MMN: Qəzanın səbəbi bundan sonra bilinəcək
- Qəzaya uğrayan Türkiyə təyyarəsinin özəllikləri nələrdir?
- Qəzaya uğrayan təyyarə Azərbaycan əsgərləri üçün qayıdacaqmış
- “Akıncı” PUA-sı hadisə yerinə göndərildi