Türkiyənin Afyonkarahisar vilayətində yerləşən prospektlərdən birinə Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun adı verilib.
BUTA.TV xəbər verir ki, bu barədə Afyonkarahisar Mərkəz Çayırbağ Bələdiyyəsindən bildirilib.
Qeyd edilib ki, qəhrəmanın adı prospektə Afyonkarahisar Mərkəz Çayırbağ Bələdiyyəsinin Bələdiyyə Məclisinin qərarı ilə verilib. Qərara əsasən, Afyonkarahisarın Çayırbağ rayonundakı “Qurtuluş” prospektinin adı “İbad Hüseynov” olaraq dəyişdirilib.
Prospektin rəsmi açılış mərasimi oktyabrın 17-də keçiriləcək.
Qeyd edək ki, 2022-ci ildə Türkiyənin Adana vilayətinin Çukurova rayonunda Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun adını daşıyan park salınıb və burada Milli Qəhrəmanımızın heykəli ucaldılıb.
Xatırladaq ki, Birinci Qarabağ müharibəsində şərəfli döyüş yolu keçən kəşfiyyatçı İbad Hüseynovun böyük qəhrəmanlıqlarından biri də ASALA erməni terror təşkilatının başçısı Monte Melkonyanı məhv etməsidir. O dövrdə Ermənistanın prezidenti Levon Ter-Petrosyan başda olmaqla rəsmi şəxslərin ASALA-nın başçısı Monte Melkonyanın dəfnində iştirak etməsi Ermənistanın terrorçu dövlət olduğunu bir daha təsdiqləyib. Melkonyanın məhv edilməsi ilə bağlı işğalçı Ermənistanda üç günlük matəm elan olunub.
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir