10-11 oktyabr tarixlərində Bakıda keçirilən COP29 Sədrliyinin ev sahibliyi etdiyi və qlobal iqlim sahəsinin liderləri və maraqlı tərəflərin iştirak etdiyi Pre-COP tədbirinin ikinci günündə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən brifinq təşkil edilib.
BUTA.TV xəbər verir ki, bu ilin noyabrında Bakıda keçiriləcək COP29 konfransına çoxşaxəli hazırlıq prosesinin gedişatı, bu çərçivədə reallaşdırılan işlər və qarşıda duran məsələ və prioriterlərə dair Pre-COP iştirakçılarının ətraflı məlumatlandırılmasını nəzərdə tutan tədbirə bir sıra yüksək səviyyəli qonaqlar qatılıb.
Brifinqdə ilk öncə salamlama nitqi ilə çıxış edən COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova dünyanın ən mühüm iqlim konfransının Bakıda keçirilməsinə artıq sayılı günlər qaldığını vurğulayaraq, hazırlıq proseslərinin yekun mərhələdə olduğunu və bütün istiqamətlər üzrə əməliyyatların müvafiq təqvimə uyğun icra olunduğunu diqqətə çatdırıb. O bildirib:
“Tədbir məkanı Bakı Stadionunda tikinti son tamamlanma mərhələsindədir. Noyabra qədər məkanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təhvil verilməsi planlaşdırılır”. N. Carçalova tədbir məkanında görülən işlər barədə ətraflı məlumat verərək, burada müxtəlif məqsədlər üzrə icra edilən ərazi bölgüsü, Mavi və Yaşıl Zonanın fəaliyyəti, qurulan infrastuktur və tamamlanmaqda olan proseslər barədə detallı danışıb.
Əməliyyatların bütün mərhələlərində dayanıqlılıq prinsiplərinin üstün tutulması brifindqə xüsusilə vurğulanıb. Belə ki, tədbir məkanında dayanıqlılıq, müyəssərlik və inklüzivlik tələblərinə tam riayət edildiyi, stadionda dayanıqlı əməliyyatların təmin edilməsi məqsədilə tamamilə inklüziv mühitin yaradılması üçün atılan addımlar diqqətə çatdırılıb.
Daha sonra çıxış edən COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü İsmayıl İsayev COP29 zamanı müsbət ziyarətçi təcrübəsinin təmin edilməsi istiqamətində tədbir məkanı və Bakı şəhəri ərazisində təşkil edilən proses və xidmətlər, qonaqpərvərlik sahəsində yaradılan şərait və imkanlar, eləcə də konfrans və media xidmətləri haqqında geniş məlumat verib. İ.İsayev ölkəyə səfər edəcək çoxsaylı nümayəndə heyətlərinin və qonaqların ən müsbət təəssüratlar və rahatlığının təmin edilməsi məqsədilə tətbiq edilən akkreditasiya və qeydiyyat prosesləri, xüsusi COP29 vizasının alınması proseduru, şəhər üzrə naviqasiya və məlumatlandırmanı asanlaşdıran təşəbbüslərə toxunub, eləcə də bir sıra digər təşkilati və texniki məsələlərin həllini asanlaşdıran prosedur və portalları əhatə edib.
COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının digər üzvü Şəhla Əbbəkirova isə öz çıxışında konfransın ilk günlərində baş tutacaq İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti barədə danışaraq, bu tarixlərdə keçiriləcək əsas tədbir və görüşlərin təşkilati aspektləri haqqında detalları brifinq iştirakçılarının diqqətinə çatdırıb. Ş. Əbbəkirova bu tədbirdə iştirak üçün Bakıya səfər edəcək bir çox dünya ölkələrinin liderlərinin hava limanından başlayaraq bütün marşutu üzrə planlamanı, eləcə də təklif edilən xidmətləri, həmçinin Sammit proqramını açıqlayıb.
Daha sonra çıxış edən Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat və Hava Yolları Əməliyyatları Departamentinin direktoru Orxan Mahmudlu COP29 qlobal konfransının uğurlu təşkilində mühüm aspektlərdən biri mütəşəkkil nəqliyyat sxeminin tətbiqi olduğunu vurğulayıb. O. Mahmudlu qeyd olunan istiqamətdə bir sıra ardıcıl tədbirlərin icra olunduğuna toxunaraq, qonaqlara yeni yaradılan interaktiv şəhər xəritəsini təqdim edib. O bildirib ki, çoxsaylı ziyarətçilərin konfrans müddətində maneəsiz hərəkətinin təmin edilməsi, eyni zamanda həmin müddətdə paytaxt sakinlərinin rahatlığının qorunması məqsədilə şəhərin strateji nöqtələrində onlarla nəqliyyat qovşaqları fəaliyyət göstərəcək, taksi, avtobus, transferlər kimi müxtəlif nəqliyyat vasitələrinin müntəzəm fəaliyyəti təşkil olunacaq. O həmçinin, nümayəndə heyətlərinin COP29 məkanına gediş-gəlişini asanlaşdırmaq üçün aparılan planlamalar və təhlükəsizlik tədbirlərinə də toxunub.
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir