Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Bu barədə BUTA.TV-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə və gündüz 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-7° isti, gündüz 9-14° isti olacaq.
- Azərbaycanla əməkdaşlıq üçün yaxşı imkanlar var - Pezeşkian
- Pezeşkian Azərbaycana yola düşdü
- Müstəmləkəçiliyin bütün formalarını rədd edirik - Prezident
- Bunu aradan qaldırmaq üçün əzmlə çalışırıq - Prezident
- Prezidentə bəhs edilən azərbaycanlı gənc... - Video
- Sahibə Qafarova Roma Papasının dəfn mərasimində - Foto
- İrandan Pezeşkianın Bakı səfəri barədə yeni açıqlama
- Sülh müqaviləsi mayın 9-da imzalanacaq? – Nikoldan reaksiya