Gələn il Laçın rayonunun 3 qəsəbə və kəndində tikinti işlərinə başlanılacaq.
BUTA.TV xəbər verir ki, bunu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun vəzifələrini icra edən Tofiq İslamov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
"Xidmət layihələndirmə işləri üzrə 7 müqavilə üzərində işləri davam etdirir. Artıq 3 müqavilə imzalanıb. Gələn il Laçın rayonunun infrastrukturunun bərpası istiqamətində səylərimizi davam etdirəcəyik. Qorçu qəsəbəsində, Pircahan və Şəlvə kəndlərində tikinti işlərinin başlanması planlaşdırılır”, - deyə o qeyd edib.
- Təyyarənin quyruğu niyə qopub? - Video
- Azərbaycan Pakistana başsağlığı verdi
- Fidan qəzadan danışdı: Yaxından izləyirik!
- Şahbaz Şərif də Ərdoğana başsağlığı verdi
- Qəza ilə bağlı müraciət: Etibar etməyin!
- Azərbaycandan daşınan taxıla erməni radikalların “etirazı”
- Türkiyə hərbi təyyarəsinin qəzaya uğradığı yerdən - Foto
- FHN-çilər Gürcüstan sərhədində hazır vəziyyətdədir!