Azərbaycan 2025-ci il üçün Rusiyada turizm potensialının inkişafı üzrə ölkələr siyahısına daxil olub.
BUTA.TV xəbər verir ki, Rusiyanın İqtisadi İnkişaf Nazirliyi Strateji Araşdırmalar Mərkəzi (SAM) ilə birlikdə 2025-ci il üçün turizm potensialının inkişafında hədəf ölkələri müəyyən edib. Soçidə keçirilən birinci beynəlxalq aviasiya və turizm forumunun platformasında çıxış edən SAM Beynəlxalq Turizmin İnkişafı Mərkəzinin direktoru Yuliya Maksutova bildirib ki, sıralamada Azərbaycan, Türkiyə, Belarus, Qazaxıstan, Özbəkistan və başqalarının adı var.
O əlavə edib ki, 2024-cü ildə Rusiya Federasiyasında ərəb turistlərin sayında artım müşahidə olunur.
Qeyd edək ki, oktyabrın 25-də Moskvada ölkəmizin bütün turizm məhsullarını təbliğ edəcək Azərbaycanın Rusiyadakı turizm nümayəndəliyinin açılış mərasimi keçiriləcək. Mərasimdə Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Rusiya İqtisadi İnkişaf Nazirliyinin, Moskva meriyasının, turizm sektorunun aparıcı şirkətlərinin nümayəndələri iştirak edəcəklər.
- İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?
- İki əzəli düşmən birləşir... – Telegraf
- Bu ölkə Azərbaycanda fəxri konsulluq açacaq
- Nikol Əbu-Dabidən dərhal sonra niyə Brüsselə getdi?
- İlham Əliyev Ərdoğana başsağlığı verdi
- Tehrandan pakistanlı nazirə Bakıya qarşı şok çağırış
- Paşinyan Bakıya görə Trampın təklifini rədd etdi
- Sobçak Rövşən Məmmədovu hədəfə aldı - Video