Müştərilər tərəfindən Premium Bank ASC-yə yerləşdirilən depozitlərin həcmi azalıb.
BUTA.TV Yeniavaz.com-a istinadən xəbər verir ki, bu ilin əvvəli ilə müqayisədə bu ilin ilk rübündə fiziki şəxslərin "Premium Bank”dakı depozitləri 8% və ya 40,5 milyon manat, hüquqi şəxslərin bankdakı depozitləri isə 13,7% və ya 13,1 milyon manat azalıb. Oktyabr ayının əvvəlinə olan məlumata görə, fiziki şəxslərin "Premium Bank”da 290,4 milyon, hüquqi şəxslərin isə 82,8 milyon manat depoziti olub.
Məlumat üçün bildirək ki, "Premium Bank”ın əsas səhmdarı ötən il AZAL-ın prezidenti vəzifəsindən azad olunan Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevadır. 1994-cü ildə "AZAL Səhmdar Kommersiya Bankı” kimi fəaliyyətə başlayan, daha sonra adını 2 dəfə dəyişərək, əvvəlcə Bank Silk Way ASC, hazırda isə "Premium Bank” ASC adlanan bankın səhmlərinin 84,5%-i Zərifə Həmzəyevaya məxsusdur.
Onu da qeyd edək ki, Cahangir Əsgərov AZAL-ın prezidenti vəzifəsindən azad olunduqdan (1 sentyabr 2023) sonra müştərilərin "Premium Bank”dakı depozitləri 27% və ya 139,1 milyon manat azalıb. Belə ki, Cahangir Əsgərov AZAL-ın prezidenti olan zaman açıqlanan sonuncu hesabatda bankın 512,3 milyon manat depozit portfelinə sahib olduğu göstərilib. Dünən açıqlnan sonuncu maliyyə hesabatında isə bankın depozit portfelinin 373,2 milyon manata düşdüyü qeyd olunub.
- Fulya qəza ilə bağlı mühüm detalları açıqladı - Video
- Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü
- Nazir Türkiyə təyyarəsinin qəzaya uğradığı yerə getdi
- Azərbaycanla bütün qaranlıq ssenariləri birgə pozacağıq
- Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı
- Kəmaləddin Heydərov türkiyəli nazirə başsağlığı verdi
- Kəmaləddin Heydərov gürcü nazirlə danışdı: Tam hazırıq!
- TBMM-dən qəzaya uğrayan təyyarə ilə bağlı açıqlama