Azərbaycanda bloqer saxlanılıb.
BUTA.TV Lent.az-a istinadla xəbər verir ki, bloger Rəna Cəfərova sosial şəbəkələrdə yaydığı videoda qeyri-etik paylaşımına görə polisə dəvət olunub.
Buna səbəb onun canlı yayım zamanı özünün azyaşlı oğlunu alçaltması olub. Belə ki, o, "Nə edirəm oğulu? Mənə oğul lazımdır?" - deyə fikirlər səsləndirib. Bu da izləyicilər tərəfindən xoş qarşılanmayıb.
Rəna Cəfərova barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) maddəsi ilə protokol tərtib olunub.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə o, həmin maddə əsasında 700 manat məbləğində cərimələnib.
- Fulya qəza ilə bağlı mühüm detalları açıqladı - Video
- Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü
- Nazir Türkiyə təyyarəsinin qəzaya uğradığı yerə getdi
- Azərbaycanla bütün qaranlıq ssenariləri birgə pozacağıq
- Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı
- Kəmaləddin Heydərov türkiyəli nazirə başsağlığı verdi
- Kəmaləddin Heydərov gürcü nazirlə danışdı: Tam hazırıq!
- TBMM-dən qəzaya uğrayan təyyarə ilə bağlı açıqlama