Rəqqasə Fatimə Fətəliyevanın qatıldığı teleproqramlardan birində verdiyi açıqlama müzakirələrə səbəb oldu. O, ərinə yaxşı qulluq edə bilmədiyini deyib: "13 ildə həyat yoldaşıma bir dəfə süfrə açmamışam. Kişi istəyər səhər oyananda qarşısına çay qoyan, paltarını yuyan olsun. Bunu etməmişəm”.
Rəqqasənin bu fikirləri isə sosial şəbəkələrdə birmənalı qarşılanmadı. Bəziləri sənətçini sərt şəkildə tənqid etdi, bunun gənc qızlara pis örnək olduğunu, bu cür fikirlərin sənət adamlarına yaraşmadığını iddia edib.
Mövzu ilə bağlı BUTA.TV-a danışan hüquqşünas Tağı Hüseynov bildirib ki, Azərbaycanda illərdir formalaşmış və ənənəyə çevrilmiş ailə modeli var və bu belə qəbul edilib:
“Kişi və ya qadın olmağından asılı olmayaraq insanların milli mənsubiyyəti var və onlar milli mənsubiyyətlərini tərənnüm edirlər. Məsələn, Azərbaycan kişisi dedikdə göz qabağında necə bir insan canlanır və ya Afrikadakı qəbilələrdəki kişilər necə təsəvvür edilir, bu, fərqlidir. Skandinav, rus, türk kişisi dedikdə gözümüzdə necə fərqli obrazlar canlanırsa, Azərbaycan kişisi dedikdə də gözümüzün qabağına fərqli model gəlir.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Eləcə də, Azərbaycan qadını dedikdə müəyyən bir obraz gözlər önünə gəlir. Hamımız bilirik ki, Azərbaycan kişisi dedikdə evdə sözü keçərli olan, hörməti olan, ailəsinə sahib çıxa bilən, xanımını qoruya bilən bir şəxs təsəvvürümüzdə canlanır. Namus və qeyrət bizim ən üstün dəyərlərimizdəndir.
Azərbaycan qadını da ərinə sadiq, ona qulluq göstərən, ərinin namusunu qoruyan, evinə xanımlıq edə bilən və uşaqlarını böyüdüb onlara tərbiyə verə bilən bir şəxs olaraq beynimizdə canlanır. Əgər kimsə bunu yerinə yetirə bilmirsə, təbii ki, o şəxs bizə örnək ola bilməz”.
Onun sözlərinə görə, Fatimə Fətəliyevanın səsləndirdiyi fikirlər Azərbaycan ailələrinə örnək hesab oluna bilməz:
“Fatimə xanım yox, başqa biri də bunu desə, o, örnək hesab oluna bilməz. Bu o demək deyil ki, o edə bilmirsə, deməli, heç kəs bacarmır.
İnsandır, ola bilər ki, o, işi ilə bağlı bunu edə bilməyib və bu, əri tərəfindən normal qarşılanıb. Çünki elə insanlar var ki, öz həyat yoldaşlarına buna icazə verir, düşünür ki, işləyir, mənə qulluq edə bilmir, hər zaman özüm özümə çay süzmüşəm, yemək hazırlamışam və s. Təbii ki, bunu qəbul edən kişilərimiz var. Amma ümumən bizim gördüyümüz Azərbaycan ailə modelində norma fərqlidir: kişi işləyib ailəsinə baxır, xanımını hər kəsdən qoruyur, xanımı da bunun əvəzində kişinin namusunu qoruyur və onun qulluğunda dayanır. Xanım onun paltarını yumalı, yemək bişirməli, qabağına yemək, çay qoymalıdır. Bunlar normadır. Bu, təəccüblü bir şey deyil ki…
Amma gedişata baxaraq düşünürəm ki, bir azdan insanlar buna da təəccüblü baxacaq ki, “Sən ərinə yemək hazırlayırsan? Çay verirsən?”.
Mən belə şeylərə baxdıqca dəhşətə gəlirəm, bunlar qiyamətin əlamətidir. Getdikcə yerimiz səhv düşən, adicə avtomobil sürən qadınların sayı getdikcə kişiləri üstələməyə başlayır. Mən şəxsən bunu çox müşahidə edirəm. Eləcə də işləyən qadınların sayı getdikcə çoxalır. Yerimiz yavaş-yavaş səhv düşür, bu, məni incidən məsələlərdən biridir, buna görə çox heyfslənirəm.
Yenə deyirəm, Azərbaycan ailəsində norma bu deyil! Fatimə xanım ola bilər işinə görə belə yaşayıb və həyat yoldaşı da onu belə qəbul edib. Bu o demək deyil ki, bütün ailələrdə bu cür olmalıdır. Gənclər örnəyi başqalarından götürməlidir. Onlar nümunəni Azərbaycanın keçmiş ailə modellərindən götürməlidir. Bu, mənim subyektiv fikrimdir. Gənclər ərinə qulluq edən, ailəsinə dəyər verən xanımlardan nümunə götürməlidir, vəssalam!”.
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...