Sabah Bakının Nəsimi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
BUTA.TV xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat verib.
Qeyd olunub ki, Nəsimi rayonunun M. Qaşqay və S. Əsgərova küçələrinin kəsişməsində siyirtmənin əvəz olunması məqsədilə oktyabrın 17-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir-bərpa işləri aparılan müddətdə M. Qaşqay, Ə. Qasımzadə, N. Vəzirov, H.Sarabski, M. Kaveroçkin, Dağıstan, İ.Həmidov, E.Tağızadə, S.Rüstəm, V. Plotnikov, R.Axundov, S.Zeynalov, M.Rəfili, Ş.Əzizbəyov, A. Bakıxanov, Q.Quliyev, H.Ələsgərova, İ.Qasımov küçələrinin, həmçinin Vaqif və Azadlıq prospektlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
- Kəmaləddin Heydərov gürcü nazirlə danışdı: Tam hazırıq!
- TBMM-dən qəzaya uğrayan təyyarə ilə bağlı açıqlama
- Qəzaya uğrayan Türkiyə təyyarəsində neçə nəfər olub?
- Fərhad Əhmədovun şirkəti bağlandı, əmlakına həbs qoyuldu
- Türkiyə təyyarəsi niyə qəzaya uğrayıb? – General
- Azərbaycanla ərazi mübadiləsi... - Xandanyan
- Bu məsələdə nə Sərkisyanın, nə də Paşinyanın mövqeyi... - Marukyan
- Azərbaycan XİN-dən Atatürkün vəfatının ildönümü ilə bağlı paylaşım