Azərbaycana 5 ədəd tam elektrikli təcili yardım avtomobili gətiriləcək.
BUTA.TV xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair keçirilən brifinqdə deyib.
O bildirib ki, müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd təcili tibbi yardım avtomobilinin satın alınması məqsədilə dövlət satınalmalarına başlanılıb.
V.Qurbanov vurğulayıb ki, satın alınması nəzərdə tutulmuş avtomobillər texniki spesifikasiyasına görə sadə, differensiallı, standart və reanimobil təcili tibbi yardım maşınları olacaq: "Bunlardan 5 ədədi tam elektrikli avtomobillərdir. Tam elektrikli təcili tibbi yardım avtomobillərinin texniki spesifikasiyasına gəlincə, onların daxili təchizatına tibbi avadanlıqlarla təminat daxildir".
TƏBİB sədri qeyd edib ki, 2024-cü il istehsallı ambulanslar sürətli şarj olunma qabiliyyəti, həyəcan işıqlanma siqnalları sistemi, tibbi təyinatlı cihaz, avadanlıqlarla təchizat üçün funksionallıq, eləcə də arakəsmə və dolablarla təchiz edilmə kimi xüsusiyyətlərə malik olacaq.
- İranda etirazçılar öldürülsə... - Trampdan yeni xəbərdarlıq
- Reabilitasiya mərkəzindən qaçan Nəsimi Nəbizadə tapıldı
- İranda vəziyyət kritik həddə: dövlət bayrağı endirildi
- Azərbaycandan yeni partiya: 80 dram ucuz... - Papoyan
- ABŞ “İran xalqının xilaskarı kimi” zərbə endirəcək
- Hədəf İrandır, gerisayım başladı: Böyük fırtına yaxınlaşır
- Pəhləvi xalqa çağırış etdi, “test” başladı: bu gün və sabah...
- Əliyev bu məsələyə son qoymaq qərarına gəlib - Surenyants