Ötən gün Şuşa ilə tanış olan Gürcüstan azərbaycanlılarının bir qrupu bu gün Xankəndi və Ağdama səfər ediblər.
BUTA.TV xəbər verir ki, qonaqlar günün birinci yarısında Xankəndi şəhərini gəziblər. Onlara şəhər haqqında, eləcə də burada həyata keçirilən tikinti-quruculuq işləri barədə məlumat verilib.
Qonaqlar həmçinin Qarabağ Universitetinə gəlib, yaradılan şəraitlə tanış olub, tələbələrlə görüşüblər.
Günün ikinci yarısında Ağdama gələn qonaqlar Cümə məscidini ziyarət ediblər. Məlumat verilib ki, 1868-1870-ci illərdə inşa edilən məscid 30 illik erməni işğalı zamanı digər tarixi-dini abidələr kimi erməni vandalizminə məruz qalıb, düşmən bu məsciddə mal-qara saxlayıb. Ağdam şəhəri işğaldan azad edildikdən sonra məscid Azərbaycan dövləti tərəfindən bərpa olunub.
Gürcüstan azərbaycanlıları Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların qalıqlarına da baxıblar. Bildirilib ki, işğala qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən biri olub. Lakin işğal zamanı Ağdam yerlə-yeksan edilərək xarabalığa çevrilib. İşğaldan azad edildikdən sonra Ağdamda da geniş tikinti-quruculuq işlərinə start verilib. Hazırda şəhər mərkəzi ilə yanaşı, bir neçə kənddə də tikinti işləri aparılır və yaxın zamanlarda əhalinin Ağdama qayıdışı təmin olunacaq.
Qeyd edək ki, Gürcüstan azərbaycanlılarının işğaldan azad olunan ərazilərə səfəri üç qrup olmaqla, altı gün ərzində həyata keçiriləcək.
- Rubio “soyqırımsız” statusu ilə İrəvana mesaj verdi
- Narışkin Bakıda bu ölkənin kəşfiyyatçısı ilə görüşüb
- Çin nəhənglərinin Bakıya yolu açıldı: Nələr olacaq?
- AB-nin “Ermənistan röyası”na qarşı Bakının çin gedişi
- 9 ildən sonra AB rəsmisinin Bakıya səfəri… - Bayramov
- İranda şok: Azərbaycan bayrağının satışı qadağan edildi
- Əliyev Szinpinlə niyə rusca danışdı?
- Azərbaycana qarşı dəhşətli plan - Zülfüqarov çağırış etdi!