Sülh müqaviləsinə 2 əsas əngəl var – AÇIQLANDI

19:32 - 18 Oktyabr 2024 - GÜNDƏM

 Sülh müqaviləsinə 2 əsas əngəl var – AÇIQLANDI

Azərbaycan və Ermənistan sülh sazişi üzrə 16 bənd üzrə tam razılığa gəlib. Bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan Parlamentlərarası İttifaqın 149-cu Assambleyasının ümumi müzakirələrində çıxışında deyib. 

Simonyan bildirib ki, sülh prosesi bir neçə ay əvvəl ciddi şəkildə başlayıb. Simonyan qeyd edib ki, hazırda razılaşdırılmamış cəmi bir neçə məsələ qalmaqdadır. 

Bəs görəsən, Bakı və İrəvan arasında həll olunmayan nüanslar hansılardır?  socar vakansiya

Mövzu ilə bağlı BUTA.TV-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Simonyanın açıqlaması açıq-aşkar Paşinyanın sözlərini təkzib edir:

“Əvvəla qeyd etmək lazımdır ki, verilən bəyanatda qeyri-dəqiqlik var. Bir müddət öncə, Ermənistan baş naziri Nikol Paşinyan bildirmişdi ki, sülh müqaviləsində 16 maddə var və bunun 13 ətrafında razılaşma əldə olunub. 3 məsələ ətrafında hələlik razılıq əldə olunmayıb. 

Simonyanın bəyanatında isə bildirilir ki, 18 maddə var və 16 maddə razılaşdırılıb. Göründüyü kimi, burada qeyri-dəqiqlik var. Nəzərə alsaq ki, Simonyan Ermənistan hakimiyyətini təmsil etsə də, danışıqlar prosesində birbaşa iştirak edən şəxs deyil. Belə bir açıqlama Ermənistan baş naziri və yaxud xarici işlər naziri tərəfindən verilsəydi, bu daha mötəbər sayıla bilərdi. Mənə elə gəlir ki, Simonyanın açıqlaması Ermənistanın sülhpərvər obrazını yaratmaq üçün səsləndirdiyi fikirdir”. 

Politoloq sülh müqaviləsi ilə bağlı 2 ciddi nüansın hələ də qaldığını qeyd edib:

“O ki qaldı tərəflər arasında razılaşdırılmayan əsas problemli məsələlərə, bu təbii ki, Ermənistan konstitusiyası ilə bağlıdır. Çünki bu ölkənin qanunvericilik aktlarında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları yer almaqdadır. Bakı bu kimi nüansların ləğvini tələb edir. Ermənistan isə hələlik buna yanaşmır. Digər məsələ isə, Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı birgə müraciətlə bağlıdır. İrəvan bu mövzuda da addım atmır. Ermənilər iddia edir ki, Minsk qrupu sülh müqaviləsi imzalandıqdan sonra ləğv edilməlidir. Halbuki bu təşkilatın yaranma səbəbi olan Azərbaycan və Ermənistan arasındakı münaqişə artıq tam olaraq bitib. Bu baxımdan artıq Minsk qrupunun fəaliyyətinə ehtiyac yoxdur. Simonyanın bu açıqlaması sadəcə olaraq Ermənistanın sülhpərvər obrazını yaratmaq üçün verilib”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol