Mərkəzi Univermaqda qadın satıcı müştərilərin qızıllarını ələ keçirməkdə ittiham edilir.
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, cinayətin üstü aldadılan şəxslərin polisə müraciətindən sonra açılıb.
İstintaq materiallarında yazılıb ki, Mərkəzi Univermaqda satıcı işləyən 31 yaşlı Günay Muradəliyeva üç nəfərdən satış üçün götürdüyü qızılları “Yetər” MMC adı ilə fəaliyyət göstərən lombarda və banklardan birinə girov qoymaqla külli miqdarda pul götürüb. Həmin pulları öz şəxsi məqsədləri üçün sərf edib.
Üç zərərçəkmişin Günaya etibar etdikləri qızılların ümumi məbləği 103 min manat qiymətləndirilib.
Polis əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində Günay Muradəliyeva dələduzluq maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilib.
İstintaq müddətində zərərçəkmiş şəxslərə dəymiş ziyanın yarısından çoxu ödətdirilib. Bu səbəbdən onun həbsinə ehtiyac görülməyib.
Sonradan G.Muradəliyevanın əməli dələduzluqdan mənimsəmə cinayətinə tövsif edilib. İşin istintaqının davamı Səbail Rayon Prokurorluğuna həvalə edilib.
Təqsirləndirilən şəxsə yekun ittiham edilərək toplanmış materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim xanım müttəhimin sərbəst mühakimə edilməsinə qərar verib.
- Əkin sahəsindən qadın meyiti tapıldı
- Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto
- “Sevgilisinin maaşı 160 minə qaldırılıb, vəzifəsi yüksəldilib” - Şok iddia
- Dağlara sığınmış mavi palitra - Səma yerə necə endi? - Fotolar
- Azərbaycanda bu məşhur məkana giriş pullu oldu - Video
- Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün...
- Komitə rəsmisindən valideynlərə müraciət: Erkən evlilik...
- "Əhmədli"də küçə satıcıları yığışdırıldı - Video