Azərbaycanda məşhur iş adamı külli miqdarda cərimələnib.
BUTA.TV Qaynarinfo.az-a istinadla xəbər verir ki, Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən M.M.Z. Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) monitorinq aparılıb.
Quşçuluq fəaliyyəti ilə məşğul olan müəssisədə yoxlama Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən həyata keçirilib. MMC-yə məxsus quşçuluq sexi tərəfindən ətraf mühitə axıdılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması müəyyən edilib.
Nazirliyin əməkdaşları monitorinq zamanı MMC-nin direktoru Yaşar Qasımovla telefon vasitəsi ilə əlaqə saxlayaraq, cəmiyyətin ərazisindən dənizə axıdılan suyun gözlə görünən qədər çirkab olduğunu bildirilib. Amma direktor həmin çirkab suların "Pirin altı" adlanan ərazidən axıdıldığını deyib.
Quşçuluq cəmiyyətin direktoru Yaşar Qasımov barəsində İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə cəmiyyətin direktoru Yaşar Qasımov İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və MMC 11000 manat cərimə edilib.
Qeyd edək ki, Yaşar Qasımov uzun illər "Gəncə-Quşçuluq" Açıq Tipli Səhmdar Cəmiyyətinin direktoru olub.
- AB-dən ABŞ-ın rüsum qərarı ilə bağlı sərt gedişat
- Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi
- "AccessBank"ın xalis mənfəəti 7 milyon manat azaldı
- Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?
- "Aqro Point"in nizamnamə kapitalı yenə azaldı
- Ələsgər Ələsgərov nazir müavini təyin olundu
- Bakı və İrəvanın danışıqları... - Tramp
- Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu