Bakı Qızlar Universitetində oğlan tələbənin təhsil aldığı barədə məlumatlar yayılıb.
Bir neçə gündür ki, sosial şəbəkələrdə Qızlar Universitetində oğlanların da təhsil alması ilə bağlı müzakirələr gedir.
Məsələyə Bakı Qızlar Universitetinin Tədris işləri üzrə prorektoru Havva Avbullayeva aydınlıq gətirib. O bildirib ki, 33 yaşlı universitetin fəaliyyəti dövründə yanlışlıq ucbatından yalnız bir dəfə belə bir fakt baş verib.
Həvva Abdullayeva qeyd edib ki, tədris ocağı qızlardan ibarət təhsil müəssisəsi kimi təsis olunduğundan hətta universitetlərarası tələbə köçürülməsi zamanı da bu məsələyə xüsusi diqqət yetirilir.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov isə deyib ki, qəbul imtahanlarından sonra Bakı Qızlar Universiteti üzrə ixtisaslara oğlanlar elektron ərizələrini daxil edəndə sistem tərəfindən məhdudiyyət tətbiq edilir.
Dövlət İmtahan Mərkəzindən də bildirildi ki, Bakı Qızlar Universitetinin kontingenti yalnız qızlardan ibarətdir və orada oğlanlar təhsil almır.
BUTA.TV “Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...
- Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
- İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
- ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou