Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Murad Fuad oğlu Həsənovun odlu silahdan açılmış atəş nəticəsində həlak olub.
BUTA.TV xəbər verir ki, faktla bağlı daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilib.
Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir əmələ və fakta hüquqi qiymət verilməsi təmin olunacaq.
- Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi
- "AccessBank"ın xalis mənfəəti 7 milyon manat azaldı
- Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?
- "Aqro Point"in nizamnamə kapitalı yenə azaldı
- Ələsgər Ələsgərov nazir müavini təyin olundu
- Bakı və İrəvanın danışıqları... - Tramp
- Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu
- Nazirlər Kabineti kənd təsərrüfatı ilə bağlı bu qərarı dəyişdi