"Azercell" DOST Agentliyi, UNICEF Azərbaycan və Dövlət Məşğulluq Agentliyinin birgə icra etdiyi “Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığına dəstək” layihəsində iştirak edib.
“Tələbələrin Akselerasiya Proqramı” (TAP) üzrə tərəfdaş qismində çıxış edən lider mobil operator məhdud fiziki imkanlara malik insanların əmək bazarına çıxışının asanlaşdırılmasına yönəlik xüsusi təlimlər təşkil edib. Şirkət proqram iştirakçılarına potensiallarını inkişaf etdirməyə dəstək olmaq, müasir əmək bazarına uğurlu inteqrasiya üçün təbəb olunan bacarıq və biliklərin aşılanmasını hədəfləyir.
Belə ki, layihə çərçivəsində "Azercell" tərəfindən gənclərin peşəkar inkişafına və məşğulluq imkanlarının artırılmasına töhfə verən təlim təşkil edilib. 18-29 yaş qrupu üzrə 40-a yaxın tələbənin cəlb olunduğu təlim çərçivəsində iştirakçılara “Öz karyeranı qur” mövzusunda, əmək bazarındakı mövcud imkanlar və karyera quruculuğu üzrə təlimatlar barədə geniş məlumat verilib.
Layihənin növbəti mərhələsində proqrama cəlb olunmuş namizədlərə peşə hazırlığı, karyera bələdçiliyi, həmçinin onların maraqlarına uyğun olaraq müvafiq texniki sahələr üzrə təlimlərin keçirilməsi, iş yarmarkalarının və görüşlərin keçirilməsi də nəzərdə tutulur. Qeyd edək ki, layihə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilir və fiziki məhdudiyyətli şəxslər üçün inklüziv mühitin yaradılmasına yönəlib.
- Həll olunmamış məsələlər üzərində iş gedir - COP29 sözçüsü
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək
- “Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi