Almaniya kansleri Olaf Şolts təxminən iki illik fasilədən sonra Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
BUTA.TV xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Heberştrayt deyib. “Kansler ədalətli və davamlı sülhə nail olmaq üçün Rusiyanın Ukrayna ilə danışıqlara hazır olmasında israr edib”, - deyə o bildirib.
Şolts həmçinin Almaniyanın Kiyevi lazım olduğu müddətcə dəstəkləməkdə sarsılmaz qətiyyətini açıqlayıb. O, Putini münaqişəni dayandırmağa və qoşunları geri çəkməyə çağırıb.
Heberştrayt əlavə edib ki, kansler Putinlə söhbətindən öncə Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığı aparıb.
- Prokurorluğa qəbulla bağlı imtahan nəticələri açıqlandı
- Delimitasiya ilə bağlı mühüm razılaşma...
- Ölkədə bu qurum bağlanır? - Rəsmi cavab
- Ramiz Mehdiyev bu vəzifədən də çıxarıldı - Sərəncam
- Dənizdə külək enerjisi layihəsinə dair müqavilə imzalandı
- İlham Əliyev Szinpinə başsağlığı verdi
- Paşinyan qorxur: Bakı ilə sülhə qədər KTMT-dən çıxsa...
- Erməni qızı: Biz əslində türkük, dilimiz də... - Video