İran Zəngəzurda Ermənistanın deyil, yalnız öz maraqlarını qoruyacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri rusiyalı politoloq Modest Kolerov “Hraparak”a geniş müsahibəsində deyib.
O bildirib ki, Paşinyan İranın dostu deyil və heç vaxt olmayacaq:
“Buna görə də İran Zəngəzurda nə Paşinyanı, nə də Ermənistanı deyil, özünü qoruyacaq. Nəzəri cəhətdən elə bir bənzətmə təsəvvür etmək olar ki, iranpərəst qüvvələr Suriyada olduğu kimi, Zəngəzurda da peyda ola bilər”.
Kolerovun sözlərinə görə, məhz İranın sayəsində Azərbaycan və Türkiyə Zəngəzura girə bilmir:
“Lakin Əsədin süqutu və Suriyanın terrorçuların nəzarətinə keçməsi İrana böyük zərbə oldu və bu, bəzi regional və beynəlxalq oyunçularda İranın zəiflədiyi haqda təsəvvür yaratdı.
Zəngəzur Ermənistanın Axilles dabanıdır, zəif nöqtəsidir və yalnız İran bu məsələdə böyük rol oynaya, Zəngəzurun təhlükəsizliyinin qarantı ola bilər”.
- Fatimə Kərimovanı öldürən şəxs Türkiyədə saxlanıldı
- Fatimənin qətlinə görə Türkiyədə saxlanılan var
- Su anbarında övladları ilə birgə batan polis şəhid övladı imiş
- Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanıldı
- Ümumrespublika birinciliyinə yekun vuruldu - Video
- "Mersedes" beton maneəyə çırpıldı: 2 ölü, 1 yaralı
- Ağsu RQİİ-nin əməkdaşları təltif edildi
- Bakıda əməliyyat: saxlanılanlar var