Pilotun peşəkarlığı videodan aydın şəkildə görünür.
BUTA.TV xəbər verir ki, bunu politoloq Turab Rzayev AZAL təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması görüntüləri haqda qeyd edib.
“Adətən, “Embraer”ləri cavan pilotlar idarə edir. Aydın şəkildə görünür ki, pilot Aktauya enməyə çalışır. Amma ola bilsin ki, ya eniş icazəsi ala bilmir, ya da Aktauda işləməyən mühərriklə asfalt örtüyə etməyin çətin olduğunu düşünür (və yaxud aeroportda kifayət qədər texniki və yardım imkanları yoxdur), ona görə təyyarəni dənizə qaytarır. Ancaq ola bilsin ki, yanacaq azlığından və yaxud şaxtalı və dalğalı hava şəraitində dənizdə xilasetmə əməliyyatlarının çətin olacağını düşünüb, dənizə deyil, sahilə eniş edir. Havada şassinin açılması pilotun son ana qədər mübarizə apardığını göstərir”, - politoloq bildirib.
Qeyd edək ki, Bakıdan Qroznıya uçan və duman səbəbindən Aktauya istiqamətlənən AZAL-a məxsus təyyarə quş sürüsü ilə toqquşub və nəticədə qəzaya uğrayıb.
"Sabah" ilk dəfə Çempionlar Liqasına vəsiqə qazandı Azərbaycan klubu "Sabah" tarixdə ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə çıxmağa haqq qazandı.
Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub, 32 nəfər sağ qalıb.
- Ateist kliniki ölüm keçirib mömin oldu
- Keçmiş sevgilisi Maskdan elə şeylər danışdı ki...
- “Zipline”nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış - Video
- Ərəbistana təcavüz olarsa... – Pakistan elan etdi
- Leyla və Arzu Əliyevalar qızları ilə Madriddə - Fotolar
- Rusiya Ermənistanda yeni AES tikəcək?
- Rusiya Xarkovda qatara hücum etdi: yaralılar var
- Yaxın günlərdə Coşqunun toyu olacaqmış...