Çeçenistan hakimiyyəti bir gün əvvəl bildirmişdi ki, Ramzan Kadırovun göstərişi ilə onlar Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların və yaralananların ailələrinə maddi və digər yardım göstərməyə hazırdırlar.
BUTA.TV xəbər verir ki, Azərbaycan Prezident Administrasiyasından Day.az-a bildirilib ki, ölkənin heç bir köməyə ehtiyacı yoxdur və belə bir köməyi qəbul etməyəcək.
"Azərbaycanın heç bir köməyə ehtiyacı yoxdur. Nə dövlət, nə də vətəndaşlar belə yardımı qəbul edəcəklər. Biz vətəndaşlarımıza lazımi yardımları göstəririk və göstərəcəyik. Azərbaycan faktın qəbul edilməsini, üzr istənilməsini və müvafiq təzminatın ödənilməsini tələb edir", - deyə bildirilib.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
- Elçibəyin şəxsi mühafizə xidmətinin rəisi vəfat etdi
- Zakir Fərəcov növbəti səyyar vətəndaş qəbulu keçirdi
- Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu
- Neftçalada GES tikintisinə icazə alınması müddəti uzadıldı
- Ermənilər Misir Mərdanovun Dilicandakı ata evindən yazdı
- Yağış yağacaq, temperatur 7 dərəcə enəcək – Xəbərdarlıq
- Azərbaycan və Türkiyə daha bir protokol imzaladı
- "TuranBank"ın sədri IsDB-in toplantısında spiker qismində çıxış etdi