Britaniya AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasının səbəblərinin araşdırılmasına dəstək verməyə hazır olduğunu bəyan edib.
BUTA.TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Lemmi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon söhbəti zamanı deyib.
Dövlət katibi təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı bir daha başsağlığı diləklərini çatdırıb. O, Britaniyanın faciənin səbəblərinin araşdırılması və təhqiqat prosesinə hər zaman dəstək verməyə hazır olduğunu bildirib.
- Deputatın öldüyü oteldə illər sonra daha bir ölüm...
- 19 mindən artıq hərbi vəzifəli toplanışlara cəlb edilib - Nazir
- Azad olunan ərazilərdə nə qədər yol bərpa edilib?
- Səfərdə bir kitabla başlayan gözəl anlar
- Sabiq məmur daha bir şadlıq sarayını aldı
- Bu işçilər ixtisara düşəndə 2800 manat müavinət alacaqlar
- “Separatçıları əfv edə bilərsinizmi” sualına Prezidentin cavabı
- Qusarda qadın kirayə yaşadığı evdə dəm qazından boğuldu