Prezident Emmanuel Makron Fransanın Ermənistanın ərazi bütövlüyü və suverenliyini dəstəkləmək əzmində olduğunu bir daha təsdiqləyib.
BUTA.TV xəbər verir ki, bu barədə Yelisey sarayından Makronun Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündən sonra yayılan press-relizdə qeyd olunub.
“Prezident Emmanuel Makron fevralın 10-da Yelisey sarayında keçirilən Süni İntellekt Sammiti çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdü. İki ölkə lideri Fransa və Ermənistan arasında xüsusilə enerji, müdafiə və nəqliyyat sahələrində əməkdaşlıq layihələrinin inkişafının davam etdirilməsi barədə razılığa gəliblər. Makron Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına, eləcə də beynəlxalq hüquq normalarına uyğun sülh müqaviləsinin imzalanmasına tam dəstəyini təsdiqləyib. O, həmçinin Fransanın Ermənistanın ərazi bütövlüyü və suverenliyini, eləcə də erməni xalqının sülh, təhlükəsizlik və demokratiya istəklərini dəstəkləmək əzmində olduğunu bir daha təsdiqləyib”, - məlumatda bildirilib.
- Gizir Xanıya şəhidlik statusu verildi
- Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video
- Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi
- Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq
- Ermənistan sülhlə bağlı səmimi görünmür
- AB iki Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi
- Vətən müharibəsi zamanı Türkiyəni bunda ittiham edirdilər
- Vaxt bitdi: Gültəkin Hacıbəyli deport edilmir?