Tramp hələ birinci prezidentliyi dönəmindən Baydenin və ailə üzvlərinin korrupsiya cinayətlərinin işıqlandırılması barədə öz aralarında olan söhbəti açdığı üçün Zelenskiyə qəzəbli idi. O zaman buna görə demokratlar Trampa impiçment elan olunması məsələsini gündəmə gətirdilər. Bayden ailəsi haqqında məlumatlar sözsüz ki, Rusiyada da olmamış deyildi. Həmin vaxt Zelenskinin birmənalı mövqe sərgiləməməsindən Bayden də tam razı qalmamışdı və həm buna görə, həm də ola bilsin, Rusiyaya işlədiyi üçün ona kömək etmədi.
BUTA.TV xəbər verir ki, bu sözləri ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ABŞ Prezidenti Trampın Ukrayna lideri Zelenskini “diktator” adlandırması və onu seçki keçirməməkdə ittiham etməsi haqda danışarkən deyib.
O bildirib ki, Zelenski təcrübəsizliyindən özünü və ölkəsini iki böyük güc arasında qarşıdurmanın iştirakçısına çevirmişdi:
“Həm də cəsarət nümayiş etdirib qaçmadığı və Qərb liderləri üçün “başağrısına” çevrildiyinə görə ona daha çox nifrət edirlər, nəinki Putinə. Zelenskinin növbəti səhvi ABŞ-a və Avropadakı müttəfiq hesab etdiyi ölkələrə hədsiz güvənməsi oldu. Bu səbədən də Rusiya ilə münasibətləri yumşaltmadı və ölkəsini müharibədən yayındıra bilmədi. Halbuki o, 2014-cü ildə Budapeşt memorandumunu imzalamış ölkələrin Ukraynaya verdiyi dəstəyin nədən ibarət olduğunu görmüşdü. O, Qərb ekspertlərinin aforizmə çevrilmiş “ABŞ ilə düşmənçilik təhlükəli, dostluq isə ölümcül qorxuludur” deyimini də, ABŞ-ın Əfqanıstandan qaçışını da nəzərə almadı. İndi yenə də müdriklik nümayiş etdirə bilmədi və Trampa ona hücum etmək üçün bəhanə verdi. O, ABŞ maliyyə nazirini nəinki qəbul etmək üçün gözlətməməli, onu dəmiryol vağzalında qarşılamalı və nadir metalların istismarına dair sazişi elə orada da imzalamalı idi. Çünki Ukraynaya ABŞ-ın dəstəyi həyati əhəmiyyətlidir. Xatırlayırsınızsa, bir vaxtlar böyük dövlət adamı Heydər Əliyevə deyirdilər ki, o əlverişsiz şərtlərlə “Əsrin müqaviləsini” imzalayıb. Bugünkü, torpaqlarını işğaldan azad etmiş Azərbaycan daha çox həmin qərara borcludur. Tramp hakimiyyətdə əbədi qalmayacaq, müqavilənin şərtlərinə gələcəkdə baxmaq da olardı. Təəssüf ki, liderlərin səhvlərinin ağır nəticələrini sadə vətəndaşlar yaşayır”.
Q.Həsənquliyevin fikrincə, ABŞ-ın Ukraynadan istədiyi yalnız həmin saziş deyil:
“Tramp ciddi təhlükəsizlik təminatı vermədən atəşkəsə nail olmaq istəyir. ABŞ 1994-cü ildə eyni qaydada, Ukraynanı təhdid edərək, ciddi təhlükəsizlik təminatı vermədən Budapeşt memorandumunu ona imzalatdırdı, onun nüvə silahını əlindən aldı. Hazırda ikinci belə sənəd imzalatdırmaq istəyir. Açıq deyilməlidir, Tramp da daxil olmaqla, bütün dünya liderləri Putindən çəkinir, bəziləri isə ona xidmət edir. Rusiya böyük nüvə dövlətidir”.
- İlham Əliyev Trampa başsağlığı verdi
- Azərbaycandakı rus icması Bakını seçdi - Primakovdan etiraf
- Azərbaycan sərhədində müharibə təhlükəsi: Bu gün...
- Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan
- Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq
- Tramp və Netanyahu Xameneinin öldürülməsi qərarını müzakirə edir
- Ermənistanla buna nail olmuşuq, bu, yaxşı əlamətdir
- Bakıya qarşı təxribat aparan “Lenta.ru”nun rəhbəri niyə dəyişdi?