Azərbaycanda bu ödənişlər üztanıma ilə olacaq - VİDEO

07:37 - 3 Mart 2025 - IKT

 Azərbaycanda bu ödənişlər üztanıma ilə olacaq - VİDEO

Azərbaycanda bəzi ödənişlər üztanıma ilə həyata keçiriləcək.

BUTA.TV xəbər verir ki, bu sözləri "Xəzər Xəbər"ə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzinTelecom" MMC-nin mətbuat xidmətinin əməkdaşı Amin Nəzərli deyib.

O bildirib ki, yaxın gələcəkdə SİMA platformasına daxil olan digər bir məhsul - "SİMA Pay" vasitəsilə üz ilə ödəniş xidməti istifadəyə veriləcək. Azərbaycanda bu bir ilk olacaq. İnsanlar öz üzlərini kameraya tanıtmaqla ödəniş edə biləcəklər. Bu, ilk növbədə dəmir yollarında tətbiq ediləcək. Hər bir insan üzü vasitəsilə qeydiyyatdan keçib ödəniş kartını əlavə edəcək.

Dəmir yollarında bu sistemin tətbiqindən sonra ictimai nəqliyyatın digər növlərində, eləcə də ictimai iaşə obyektlərində də eyni prosesin reallaşdırılması planlaşdırılır.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda siqaret bahalaşdı

Amin Nəzərli deyib ki, bəzi ödənişlərin üztanıma ilə həyata keçirilməsi istiqamətdə hazırlıq işlərinin görülməsinə başlanılıb.

Həmçinin qeyd olunub ki, yaxın zamanda "SİMA imza" ilə bir çox vergi xidmətlərinin elektronlaşdırılması da nəzərdə tutulur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol